azerbaycanxeberleritv.az » Gündəm » Növbəti köç karvanı Kəngərliyə yola düşdü
Gündəm / Cəmiyyət / 20-05-2025, 09:00

Növbəti köç karvanı Kəngərliyə yola düşdü

Növbəti köç karvanı Kəngərliyə yola düşdü


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.