azerbaycanxeberleritv.az » Gündəm » Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
Gündəm / Cəmiyyət / 24-05-2025, 12:30

Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, mayın 24-ü saat 08:00-dan may 27-si saat 22:00-dək paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Nəticədə məhdudiyyət səbəbindən 30 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti ("Xalqlar dostluğu” metrostansiyası) və Babək prospekti, 32 nömrəli müntəzəm marşrut isə Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti və Dakar dairəsi ilə hərəkət edəcək.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.