azerbaycanxeberleritv.az » Gündəm » Tramp Zelenski ilə görüşəcək
Gündəm / Müharibə / Siyasət / Bugün, 10:00

Tramp Zelenski ilə görüşəcək

Tramp Zelenski ilə görüşəcək


ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırır.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü məlumat yayıb.

Tramp Ukrayna prezidenti ilə görüşməklə yanaşı, Kanadanın baş naziri Mark Karni və Meksika prezidenti Klaudiya Şeynbaumla da danışmağı planlaşdırır.

ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiyanın daxil olduğu G7 sammiti iyunun 15-dən 17-dək Alberta ştatının Kananaskis kurort zonasında keçirilir. Tramp daha əvvəl tədbirdə iştirak etmək üçün Kanadaya getmişdi.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.