azerbaycanxeberleritv.az » Gündəm » Qeyri-sabit hava bu tarixədək davam edəcək
Gündəm / Hava / Dün, 13:30

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Qeyri-sabit hava bu tarixədək davam edəcək


Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Göygöl, Şəmkir, Şamaxı, Naftalan, Goranboy, Gədəbəy, Gəncə, Şəmkir, Beyləqan, Oğuz, Şahdağ, Qubada 1 millimetrdir.

Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Mingəçevirdə 15 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü 3 metrdir.

İyunun 15-i saat 17:35-17:41 radələrində Tovuz rayonunun Əsrikçay-Əsrikcırdaxan ərazisinə diametri 12 millimetr olan dolu düşüb.

Altıağac, Daşkəsən, Qax (Sarıbaş), Şəki, Qrız, Qusar, Lerik duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.