azerbaycanxeberleritv.az » Manşet » Daha bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başladı
Manşet / Cəmiyyət / 1-12-2024, 12:03

Daha bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başladı

 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dayanıqlı və təhlükəsiz ictimai nəqliyyatın təşkili, avtobus parkının yenilənməsi istiqamətdə davamlı tədbirlər həyata keçirir.


AYNA-dan "Azerbaycanxeberleritv.az. az"a bildirilib ki, “Çinar Trans” MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə “Yutonq” markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.



Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin rahatlığı üçün ən son texnologiyalarla təchiz olunub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.