azerbaycanxeberleritv.az » Manşet » Xəbərİcra başçısının yerinə o təyin edildi - FOTO
Manşet / Cəmiyyət / 2-12-2024, 14:16

Xəbərİcra başçısının yerinə o təyin edildi - FOTO

 Dövlət Statistika Komitəsinə (DSK) yeni aparat rəhbəri təyin edilib.


Azerbaycanxeberleritv.az Modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Qasım Əliyev gətirilib.


Qasım Əliyev 1998-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.


2016-cı ildən Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdı.


Yeni Aparat rəhbəri Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 oktyabr tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.


Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sabiq aparat rəhbəri Cabbar Musayev ötən ay Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.