azerbaycanxeberleritv.az » Manşet » Türkiyədən Almaniyada baş verən hücuma - Reaksiya
Manşet / Dünya / 21-12-2024, 13:47

Türkiyədən Almaniyada baş verən hücuma - Reaksiya

 

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına edilən hücumu şiddətlə qınayırıq.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik sosial media hesabında bildirib.

"Hücumun tez bir zamanda aydınlaşdırılması və günahkarların ədalət qarşısında cavab verməsi ən böyük arzumuzdur. Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Biz terrora və bütün əsaslarla zorakılığa qarşı birgə mübarizə prinsipimizi bir daha ifadə edirik".

Qeyd edək ki, Maqdeburq şəhərində naməlum şəxsin avtomobili izdihamın üzərinə sürməsi nəticəsində 11 nəfər ölüb, 80-dək insan yaralanıb.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.