azerbaycanxeberleritv.az » Manşet » ​Putin Tokayevlə təyyarə qəzasını müzakirə etdi
Manşet / Dünya / 28-12-2024, 20:37

​Putin Tokayevlə təyyarə qəzasını müzakirə etdi

 

Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putin və Kasım Jomart Tokayev arasında telefon danışığı olub.

Azerbaycanxeberleritv.az APA-ya istinadla xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı dövlət başçıları dekabrın 25-də Aktau şəhəri yaxınlığında göyərtəsində Rusiya və Qazaxıstan vətəndaşlarının da olduğu Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı veriblər.

"Tərəflər ondan çıxış edirlər ki, baş verənlərin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası qəza yerindən tapılan" qara qutu"ların oxunmasına Rusiya, Azərbaycan və Braziliyadan olan mütəxəssisləri cəlb edəcək. Qazaxıstan ərazisində aparılan bu iş obyektiv və şəffaf xarakter daşıyacaq.

İki ölkə liderlərinin həm Azərbaycan təyyarəsi ilə baş vermiş faciəvi insidentin bütün hallarının araşdırılması ilə bağlı məsələlər, həm də Rusiya-Qazaxıstan əməkdaşlığının gələcək inkişafı üçün müvafiq mövzular üzrə daimi təmasda olacağı açıqlanıb", deyə Kremlin məlumatında qeyd olunub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.