
Azerbaycanxeberleritv.az saytı xəbər verir.Bu gün Tanınmış şəxsiyyət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universetinin tar müəllimi Cəbrayıl Göyüşov doğum günüdür.
Göyüşov Cəbrayıl Məmmədxan oğlu 01.01. 1971 ci il Ağdam rayonunun Əfətli kəndində anadan olmuşdur.
O, 01.09. 1978 ci ildə Əfətli kənd orta məktəbinin 1 ci sinifinə daxil olmuş və 1984 cü ildə Ağdam Uşaq Musiqi Məktəbini, 1988 ci ildə isə Ağdam Musiqi Texnikumunu bitirmişdir. Göyüşov Cəbrayıl Məmmədxan oğlu 1994 cü ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını "Tar" ixtisası üzrə bitirmiş sənətini zənginləşdirmişdir.
Cəbrayıl Göyüşov 1987 ci ildə ilk dəfə Respublika Musiqi Müsabiqəsində iştirak edərək, 1 ci yerə sahib olmuşdur və 1988 ci ildə isə Xalq yaradıcılığı, "Xari Bülbül" musiqi festivalının lauretı olmuşdur. Göyüşov Cəbrayıl Məmmədxan oğlu 1992 ci ildə isə Üzeyir Hacıbəyov adına Respublika Müsabiqəsində iştirak edarak, 2 ci yerlə təltif olunmuşdur.
O,1997 ci ildə isə Türkiyənin Ankara şəhərində keçirilən Uluslararası Musiqi Festivalının iştirakçısı olaraq, xüsusi diplomla mükafatlandırılmış və
XXI əsrin Yaradıcı Ziyalıları Ensklopediyasına daxil edilmişdir.
Göyüşov Cəbrayıl Məmmədxan oğlu 1992 ci ildan 1998 ci ilə qədər Xalq artisləri Habil Əliyev, Teymur Mustafayev, Əməkdar artis Sabir Mirzəyevlə birgə silsilə konsertlərlə çıxış edərək, həmin sənətkarları müşaiət etmişdir və eyni zamanda həmin konsertlərdə onun solo ifalarına da yer ayrılmışdır.
O, xalq artisti Canəli Əkbərovla birgə Fransa, Türkiyə, Belarus da konsertlər vermişdir və xalq artistləri Yaqub Məmmədov, Tələt Qasımov, Qəndab Quliyeva, Səkinə İsmayılova, Mələkxanım Eyyubova kimi muğam ifaçılarını müşayət etmişdir.
Muğam və xalq rəqs havalarından ibarət 2 diski çıxıb.
Göyüşov Cəbrayıl Məmmədxan oğlu 1992 ci ildən 2006 cı ilə qədər Xətai rayonu, 1 saylı Uşaq İncənət Məktəbinin
Tar sinifinin müəllimi kimi çalışmışdır və
2006 cı ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncənət Universitetində Xalq Çalğı Alətləri İfaçılığından dərs deyir, baş müəllimdir.
Qeyd edim ki, onun qardaşı Göyüşov German Məmmədxan oğlu 1 ci Qarabağ müharibəsində 13 aprel 1994 cü ildə qəhrəmancasına döyüşərək, Şəhid olmuşdur.
Hər zaman cəbhə bölgələrində əsgərlər qarşısında çıxışlar etmiş və bu gün də işi şərəflə davam etdirir müntəzəm efirlərdə lentə aldığı əsərləri ifa edir.
Ailəlidir, həyat yoldaşı Firuzə xanım pandemiya başlanan gündən bu günə kimi cəbhəsi bölgəsi olan Ağdamda bir həkim olaraq korona virus xəstələrini müalicə edir.
Oğlu, Məmmədxanlı İlkin II ci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək, öz hərbi borcunu yerinə yetirib. Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Casur döyüşçü" medalı ilə təltif olunub, idmançıdır.
Qızı, Əsfanə isə İbtidai sinif müəlliməsi kimi fəaliyyət göstərir.
Hazırda Göyüşov Cəbrayıl Məmmədxan oğlu Bakı şəhərində yaşayır.
Saytımızın baş redaktoru Jalə Əlövsətqızı və kollektivi Cəbrayıl müəllimi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir uzun ömür möhkəm can sağlığı arzu edirik.Yeni yaşınız Cəbrayıl müəllim sizə uğurlu və düşərli olmağı arzu edirik!
Ad gününüz mübarək!