azerbaycanxeberleritv.az » Manşet » Ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi
Manşet / Cəmiyyət / 11-01-2025, 10:43

Ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi

 

Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş Hökumə Cəlil qızı Əliyevanın, İqor İvanoviç Kşnyakinin, Aleksandr Georgiyeviç Kalyaninovun ailə üzvlərinə proaktiv qaydada milli qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.