azerbaycanxeberleritv.az » Manşet » Danimarka razılaşdı: Trampla danışıqlara hazırıq..
Manşet / Dünya / 13-01-2025, 18:12

Danimarka razılaşdı: Trampla danışıqlara hazırıq..

 

Danimarka razılaşdı: Trampla danışıqlara hazırıq..

12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka hökuməti ABŞ-ın yeni administrasiyası ilə Arktika əraziləri üzrə dialoqa hazır olduğunu təsdiqləyib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bunu Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen deyib.

“Amerikalıların Arktikada təhlükəsizlik vəziyyəti ilə bağlı müəyyən narahatlıqları var ki, bunu Danimarka tərəfi də bölüşür. Buna görə də Danimarka Qrenlandiya ilə sıx əməkdaşlıq edərək, Amerika tərəfinin qanuni maraqlarını təmin etmək üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla danışıqları davam etdirməyə hazırdır”, - Rasmussen bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Donald Tramp Çin və Rusiya təhdidindən qorunmaq üçün Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil edilməli olduğunu bildirmişdi.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.