azerbaycanxeberleritv.az » Manşet » Sabunçuda 40 yaşlı kişi itkin düşdü - Foto
Manşet / Cəmiyyət / 14-01-2025, 17:05

Sabunçuda 40 yaşlı kişi itkin düşdü - Foto

 

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyev 05.11.2024-cü il tarixində saat 22 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, S.Əliyevin boyu 177 sm, saçları seyrək, qara rəngli, gözlərinin rəngi qəhvəyidir və orta bədən quruluşludur.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə, (012) 428-02-02, 425-49-15 şəhər və (055) 207-08-88 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.