azerbaycanxeberleritv.az » Manşet » Ağdam rayon İcra başçısı Vaqif Həsənovun doğum günüdür.
Manşet / Gündəm / Cəmiyyət / 18-02-2025, 13:19

Ağdam rayon İcra başçısı Vaqif Həsənovun doğum günüdür.

Azerbaycanxeberleritv.az xəbər verir: Həsənov Vaqif Bəhram oğlu 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin Tarix , 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnistitutunun Politologiya , 2003-cü ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının Faydalı Qazıntı yataqlarının işlənməsi, Neft Qaz yataqlarının işlənməsi və istismarı fakultələrini bitirmişdir. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1977-ci ildə Bərdə Kolxozlararası Tikinti idarəsində fəhlə kimi başlamışdır. 1980-1987-ci illərdə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin elektrik çilingər, 1987-1989-cu illərdə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatının katibi işləmişdir. 1991-ci ildə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin partiya komitəsinin katibi, 1991-1995-ci illərdə Ə.Ç.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin Xüsusi şöbəsinin rəisi, 1995-2001-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının rəisi, 2001-2005-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Kadrlar şöbəsinin rəisi, 2005-2006-cı illərdə N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin rəisin ümumi məsələlər üzrə müavini, 2006-2011-ci illərdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 Rayonumuzun inkişafı üçün gördüyü bütün işlərdə ürəyini qoyan hörmətli başçımızın  daim diqqət və qayğısını hiss edirik.

Saytımızın rəhbərliyi və komandası adından  Vaqif  müəllimi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, xoşbəxt günlər, yeni-yeni uğurlar arzulayırıq.  Hər bir ağdamlını doğma hesab edən Vaqif müəllimə möhkəm can sağlığı, uğurlu fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

Ad gününüz mübarək cənab başçı!

Müəllif:Jalə Əlövsətqızı


Tarix:18.02.2025/13:28


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.