azerbaycanxeberleritv.az » Manşet » AZAL təyyarəsi ilə bağlı hesabat bu tarixdə veriləcək - Lastayev
Manşet / Gündəm / 19-02-2025, 11:14

AZAL təyyarəsi ilə bağlı hesabat bu tarixdə veriləcək - Lastayev

 

2024-cü ilin dekabrında Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması üçün son müddət açıqlanıb.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bunu Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib.

“Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyə etdiyi tələb və standartlara əsasən, araşdırma 1 il davam edir. Müvafiq olaraq, yekun araşdırma hesabatı bu ilin dekabr ayına qədər tamamlanmalıdır”, - o bildirib.

Lastayev qəza ilə bağlı cinayət işi üzrə istintaqın gedişi barəsində şərh verməyib:

“Cinayət araşdırması artıq prokurorluğun səlahiyyətindədir. Bu məsələ ilə birbaşa məşğul olan istintaq-əməliyyat qrupu var”.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.