azerbaycanxeberleritv.az » Manşet » Azərbaycanda bu yolun bir hissəsi bağlandı
Manşet / Gündəm / 1-09-2023, 13:50

Azərbaycanda bu yolun bir hissəsi bağlandı

 

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-68-ci km-lik hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi, 10-120-ci km-lik hissəsində isə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən işlər bu gün axşam saat 23:00-a qədər davam etdiriləcək. Yolun həmin hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.