Füzulidə yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər polis əməkdaşı həlak olub.
“Azerbaycanxeberleritv.az”nun məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) onların adlarını açıqlayıb.
Qəzada həlak olanlar polis serjantları-Elşən Həsənov, Seyfi Abdullayev, Ələsgər Əsgərovdur.
Qeyd edək ki, yük avtomobilinin aşması nəticəsində 6 polis əməkdaşı da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.