Nizami rayonunda Məmmədəli Şərifli ünvanında 43 yaşlı Həşimova Yaqut Nəriman qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Azerbaycanxeberleritv.az məlumatına görə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki,Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 44 yaşlı Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub.
O saxlanılıb,ilkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəmnində baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki,Yaqut müğənnilik fəaliyyəti ilə məşğul olur."Azəristar"yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.
Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur.Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.