azerbaycanxeberleritv.az » Manşet » DYP yük avtomobillərinin sürücülərinə xəbərdarlıq etdi
Manşet / Gündəm / Sosial / 11-11-2023, 14:25

DYP yük avtomobillərinin sürücülərinə xəbərdarlıq etdi

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədər yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına istisnasız riayət etməyi xahiş edir.

Bu barədə Azerbaycanxeberleritv.az-a DYP-dən məlumat verilib.

Bildirilib ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri xüsusilə diqqətli olmalı, küləkli hava şəraitində böyük ölçülü nəqliyyat vasitələri ilə hərəkətin daha da çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.