azerbaycanxeberleritv.az » Manşet » Nömrə yerinə “Qatil 78 leş” yazan sürücü saxlanıldı
Manşet / Gündəm / Sosial / 3-02-2024, 19:14

Nömrə yerinə “Qatil 78 leş” yazan sürücü saxlanıldı

 

Bu gün “Koroğlu” metrostansiyasından üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən “Prius” markalı avtomobil diqqəti özünə çəkib.

Belə ki, avtomobilin dövlət qeydiyyat nişanının yeri dəyişdirilib, onun yerinə isə “Qatil 78 leş” sözləri yazılıb.

Azerbaycanxebeleritv.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Oxu.az-a açıqlamasında sosial şəbəkə seqmentlərində və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügüdən nəqliyyat vasitəsinin sürücüsünün saxlanıldığını bildirib.

Onun barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.