azerbaycanxeberleritv.az » Manşet » Azərbaycanda bu yol 2-3 mərtəbəli olsun – Təklif
Manşet / Gündəm / Sosial / 11-03-2024, 12:03

Azərbaycanda bu yol 2-3 mərtəbəli olsun – Təklif

 

Bakı-Sumqayıt yolu 6 zolaqlı olsa da, paytaxta çatan hissədə 2 zolaqlı olur və nəticədə sıxlıq yaranır.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə deputat Fəzail Ağamalı bildirib.

"Mən bu gün Milli Məclisə gəlmək üçün saat 8:00-da Novxanıdan yola çıxmışam, 10-a 5 dəqiqə qalmış burada olmuşam. Bu hal isə hər gün yaşanır. Bunun aradan qaldırılması üçün yüngül konstruksiya ilə Yaponiyadakı kimi 2-3 mərtəbəli yollar tikilə bilər", - deyə o qeyd edib.

"Parklanma məsələsi vaxtilə yol infrastrukturunun qurulmasında yol verilmiş nöqsanlarla bağlıdır. Şəhərdə sıxlığı aradan qaldırmaq üçün şəxsi minik avtomobiləri avtovağzala və yaxud metroya qədər buraxıla bilər. Daha sonra insanlar ictimai nəqliyyatdan istifadə etsin. Bu vaxtilə tətbiq edilmişdi", - deputat əlavə edib.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.