azerbaycanxeberleritv.az » Manşet » Şöhrət” ordenli professor vəfat etdi
Manşet / Gündəm / Sosial / 14-03-2024, 12:24

Şöhrət” ordenli professor vəfat etdi

 

Azərbaycan elminə ağır itki üz verib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Belə ki, professor, UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri Əli Pənah oğlu Həsənov vəfat edib.

Qeyd edək ki, o, 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub.

1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962-1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilib.

1962-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Sənaye malları əmtəəşünaslığı” kafedrasının assistenti olub. 1966-1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Sənaye malları əmtəəşünaslığı” kafedrasının dosenti, 1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, 2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsinin dekanı vəzifələrində işləyib.

2011-ci ildən “Qeyri-ərzaq malları əmtəəşünaslığı” kafedrasının, 2020-ci ilə kimi UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri olub.

22 oktyabr 2020-ci il tarixindən etibarən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının məsləhətçi-professoru idi.

150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı, 2011-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.