azerbaycanxeberleritv.az » Manşet » Balın qiyməti bahalaşacaq
Manşet / Gündəm / Sosial / 12-04-2024, 09:40

Balın qiyməti bahalaşacaq

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir.

Azerbaycanxeberleritv.az xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir.

Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var.

“İtkilər balın qiymətinə təsir edəcək. Arıçılar dərman preparatlarına pul çatdıra bilmədikləri üçün qiymətlərdə artım olacaq. Keçən il balın qiyməti 20-25 manat idisə, bu il 30-35-40 manat arasında olacaq”, - Astara Arıçılıq Assosiasiyasının sədri Sərxan Nəzərov deyib.

Daha ətraflı Baku TV-nin süjetində:


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.