azerbaycanxeberleritv.az » Manşet » Növbəti köç karvanı Füzuliyə çatdı
Manşet / Gündəm / Sosial / 23-04-2024, 12:56

Növbəti köç karvanı Füzuliyə çatdı

 

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Azerbaycanxeberleritv.az xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə (150 nəfər) köçürülüb.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 744 ailənin, yəni 2 839 nəfərin daimi məskunlaşması təmin edilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.