azerbaycanxeberleritv.az » Manşet » Qanunsuz miqrasiyaya qarşı əməliyyat: 25 əcnəbi... - Video
Manşet / Gündəm / Sosial / 28-06-2024, 15:38

Qanunsuz miqrasiyaya qarşı əməliyyat: 25 əcnəbi... - Video

 Qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib, müxtəlif ölkələrin vətəndaşı olan 25 nəfər saxlanılıb.


Bu barədə Azerbaycanxeberleritv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya Azərbaycandan tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.


Məlumata görə, Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 127 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.