azerbaycanxeberleritv.az » Manşet » "Putin Trampa heç bir məktub göndərməyib" - Peskov
Manşet / Dünya / 12-07-2024, 16:43

"Putin Trampa heç bir məktub göndərməyib" - Peskov

 Putin Macarıstanın baş naziri Viktor Orban vasitəsilə ABŞ-nin keçmiş prezidenti Donald Trampa heç bir məktub göndərməyib. 


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib. 



"Nə yazılı, nə də şifahi heç bir məktub və ya mesaj ötürülməyib", - Peskov jurnalistlərə deyib. 


O əlavə edib ki, Orban Trampla görüş planları barədə Putinə məlumat verməyib.


Xatırladaq ki, Macarıstanın baş naziri Trampla görüşərək Ukrayna münaqişəsinin həllini müzakirə edib. 



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.