azerbaycanxeberleritv.az » Manşet » Azərbaycanda DƏHŞƏT: Ata azyaşlı övladlarını bıçaqladıqdan sonra intihar etdi
Manşet / Gündəm / Hadisə / 23-07-2024, 11:34

Azərbaycanda DƏHŞƏT: Ata azyaşlı övladlarını bıçaqladıqdan sonra intihar etdi

 Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.


Azerbaycanxeberleritv.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.


1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub.


Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb.


Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər onu cərrahi əməliyyat ediblər. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparırlar.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.