azerbaycanxeberleritv.az » Manşet » Qriqoryan Azərbaycanla normallaşma prosesini müzakirə etdi
Manşet / Dünya / 25-07-2024, 12:35

Qriqoryan Azərbaycanla normallaşma prosesini müzakirə etdi

 İyulun 25-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 



Görüş zamanı həmsöhbətlər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini və son hadisələri müzakirə ediblər.


Təhlükəsizlik Şurasının katibi Ermənistan tərəfinin regionda hərtərəfli və davamlı sülhün bərqərar olunmasına sadiqliyini bir daha təsdiqləyib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.