azerbaycanxeberleritv.az » Manşet » Rusiyada yüzlərlə ev su altında QALDI
Manşet / Dünya / 4-08-2024, 14:28

Rusiyada yüzlərlə ev su altında QALDI

 Rusiyada Çelyabinsk vilayətində su basmış evlərin sayı 219-a çatıb.


"Azerbaycanxeberleritv.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat verib.



Məlumata görə, həmçinin 329 həyətyanı sahə su altında qalıb. “219 şəxsi yaşayış evi və 329 həyətyanı sahənin su altında qalması nəzarətdə saxlanılır”, – məlumatda deyilir.


Qeyd olunub ki, nəzarət olunan hidrotexniki qurğularda axıdılma göstəriciləri artmayıb. Qurumun məlumatına görə, üç müvəqqəti yerləşdirmə məntəqəsində 26 nəfər, o cümlədən 9 uşaq qalır.


Qeyd edək ki, avqustun 1-də Çelyabinsk vilayətində yağışların həcmi bir neçə ərazini su basmış daşqın yağış sularının normasını iki-üç dəfə keçib. Bəzi su hövzələri su ilə dolub və sahillərindən çıxmağa başlayıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.