azerbaycanxeberleritv.az » Manşet » Ukrayna vətəndaşlarını Livandan təxliyə edir
Manşet / Dünya / 4-08-2024, 14:51

Ukrayna vətəndaşlarını Livandan təxliyə edir

 Ukrayna Livanın təhlükəli bölgələrindən vətəndaşlarını təxliyə edir. Artıq 30 nəfər - 21 qadın və 9 uşaq təxliyə edilib.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.


Zelenski bildirib ki, təxliyə Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti və Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.


Onun sözlərinə görə, ukraynalılar dünyanın hansısa bir yerində təhlükə ilə qarşılaşarsa onlar vətənlərinə təxliyə edilirlər.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.