azerbaycanxeberleritv.az » Gündəm » Bunlara əməl edin! - DYP-dən sürücülərə müraciət
Gündəm / Cəmiyyət / 16-05-2025, 14:30

Bunlara əməl edin! - DYP-dən sürücülərə müraciət

Bunlara əməl edin! - DYP-dən sürücülərə müraciət


Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, müraciətdə deyilir:

"Yollarda sürət həddinin aşılması nəinki bir qanun pozuntusu, eyni zamanda insan həyatına yönəlmiş təhlükədir. Hər il ölkəmizdə qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürət həddinin aşılmasıdır. Bu cür məsuliyyətsiz davranış nəticəsində neçə-neçə valideyn övladını, ailələr sevdiklərini itirirlər.

Bir saniyəlik ehtiyatsızlıq bir ömrün sonu ola bilər.

Sürəti artırmaq nəqliyyat vasitəsinə nəzarəti itirmək, qarşı tərəfdəki günahsız insanların həyatını təhlükəyə atmaq deməkdir. Yol nişanlarında göstərilən sürət həddi sadəcə rəqəm deyil - insan həyatının sərhədidir!

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:

- Qanunla müəyyən olunmuş sürət həddinə əməl edin.

- Yol və hava şəraitinə uyğun hərəkət edin.

Unutmayın ki, bir anlıq məsuliyyətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər!".


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.