azerbaycanxeberleritv.az » Manşet » Tiktoker Vaqa ilə bağlı qərar verildi
Manşet / Gündəm / 13-01-2025, 17:42

Tiktoker Vaqa ilə bağlı qərar verildi

 

Tiktok əməliyyatında həbs edilən “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadə ev dustaqlığına buraxılmayıb.

Azerbaycanxeberleritv.az lent.az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.

Tiktokerin vəkili Arzu Cavadov Yusif Nərimanov rayon məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs-qətimkan tədbirindən narazı olduğunu bildirib.

Vəkil vəsatətində göstərib ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşaq var, anası ağır onkoloji xəstəlikdən əziyyət çəkir.

Daha sonra məhkəmə yekun qərarı elan edib.

Qərara əsasən, “Vaqa” ləqəbli tiktokerin şikayəti təmin edilməyib və Nərimanov rayon məhkəməsinin onun barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, “Vaqa” ləqəbli Tiktoker Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.